'İsrail ilə İranı Suriyada döyüşdürmə səyləri...' – Lavrovdan açıqlama

Baxış sayı:
2758

Rusiya Xarici İşlər naziri Sergey Lavrov "Suriya torpaqlarını İsrail ilə İran arasındakı qarşıdurma sahəsinə çevirmə istiqamətindəki cəhdlər böhranı dərinləşdirir" deyib.
 
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, Müdafiə naziri Sergey Şoygu, Misir Xarici İşlər naziri Samih Şükrü və Misir Müdafiə naziri Məhəmməd Zeki Başkent Moskvada 2+2 formatında görüşüb.
Görüşdən sonra təşkil edilən ortaq mətbuat konfransında, Lavrov Suriya və Bəsrə Körfəzindəki vəziyyətlə əlaqədar açıqlama verib.
ABŞ ilə İsrailin İrana qarşı tətbiq etdiyi siyasətə münasibət bildirən Lavrov, "Hər hansı bir bölgədə bir dövlətə qarşı mübarizə etmək, bu dövləti təcrid etmək, araşdırma etmədən hər hansı bir hadisələ əlaqədar günahlandırmaq pis bir şeydir. Bu yanaşma məhsuldar deyil" deyə qeyd edib.
Bəsrə Körfəzi və Suriyada inkişaf edən vəziyyətin təhlükəli olduğuna diqqəti çəkən Lavrov, "Suriya torpaqlarını İsrail ilə İran arasındakı qarşıdurma sahəsinə çevirmə istiqamətindəki cəhdlər böhranı dərinləşdirir" deyib.
Lavrov Rusiyanın Bəsrə Körfəzində təhlükəsizliyin təmin edilməsi mövzusunda, İran və Ərəblər arasındakı dialoqu dəstəklədiyini dilə gətirib.
Misir Xarici İşlər naziri Şükrü də "Misirin Bəhreyn iqtisadi forumuna qatılması nə işə yarayacaq" sualını "Fələstinliləri dəstəkləmə siyasətimiz Fələstin məsələsiylə əlaqədar bütün tərəflərlə müxtəlif formatlarda görüşməmizə mane olmur" deyə cavablayıb.
Müxalifət.az