İsrail haqda sensasion video - QALMAQAL

Baxış sayı:
3057

İŞİD terrorçularının Həmasa müharibə elan etdiyi videonun İsrailin nəzarətindəki Əbu Səlim rayonunda çəkildiyi ortaya çıxıb. Videoda İsrailin hərbi baza stansiyası görünür.
Qərbin ən böyük cinayət oyunlarından olan İŞİD, bu dəfə də Həmasa müharibə elan edib. İsrail zülmü altında həyat mübarizəsi verən Fələstinlilərə dəstək verməkdənsə, Fələstinlilərin haqqını müdafiə edən Həmasa müharibə elan edən İŞİD-in gerçək üzü gün kimi ortaya çıxıb. Misirin Sina yarımadasında güclü təsir imkanları olan İŞİD terrorçuları, qeyd etdiyi 22 dəqiqəlik edam videosu ilə Həmasa müharibə elan edib.
Videoda terrorçular, Həmasın hərbi qanadı ilə əməkdaşlıq etdiyini iddia etdikləri keçmiş bir təşkilat üzvünü edam edib. Qəzzada nəzarəti əlində saxlayan Həmas, bölgədəki İŞİD üzvləri üçün olduqları məkanları dəfələrlə xarabazara çevirmişdi. Regionda güclü olan Həmas, Sina yarımadasında Misirlə əlaqələrini gücləndirməyə çalışır.
 
BOMBALAMA GÖSTƏRİŞİ
 
“Günəş”in saytının xəbərinə görə, ABŞ mərkəzli “SITE” Kəşfiyyat Qrupunun tərcüməsini etdiyi 22 dəqiqəlik video, ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıdığı çıxışından fraqmentlərlə başlayır. Görüntülərin davamında, Qəzzada İŞİD terrorçularının Həmas tərəfindən qətlə yetirildiyi bildirilir və guya Qüdsü qoruya bilmədikləri səbəb ilə də Həmasa müharibə elan edilir. Videoda Həmas, "Kafir Qərbin izindən getməklə" ittiham olunur. Videoda əli bıçaqlı bir İŞİD üzvü "Onlara heç vaxt təslim olmayın. Partlayıcı, səssiz tapança və yapışqanlı bombalar istifadə edin. Məhkəmələrini, təhlükəsizlik zonalarını bombalayın" deyə, ifadələr işlədir.
 
SƏRHƏDƏ YERLƏŞDİLƏR
 
İŞİD-in yaydığı videonun Misirlə Qəzza arasında yerləşən Əbu Səlim rayonunda çəkildiyi ortaya çıxıb. Bölgə tamamilə İsrailin nəzarətindədir. Videoda yer alan bəzi hissələrdə İsrailin hərbi baza stansiyası görünür. İŞİD-in İsrail və baş naziri Netanyahunun nəzarətində hərəkət etdiyi görüntülərlə təsdiq olunub. Terrorçuların yerləşdiyi ərazidə yer alan Kerm Əbu Səlim Sərhəd Qapısı Qəzzaya açılır. Kerm Əbu Səlim Sərhəd Qapısı bəzi ticari məhsullarının keçidi üçün istifadə edilir. Sərhəd qapısı müxtəlif bəhanələrlə İsrail tərəfindən tez-tez bağlanır.
Qeyd edək ki, İŞİD terrorçuları ötən günlərdə yaydıqları video ilə Həmasa müharibə elan etmişdi. Hollivud fırıldağı olduğu ortaya çıxan edam videolarına bir yenisini əlavə edən İŞİD,bu dəfəki çəkiliş səhnəsini yeni “patronu” İsrailin nəzarətindəki Əbu Səlim bölgəsinə qurub./Hurriyyet.org