​İsrail açıqladı: S-300-ləri o zaman məhv edəcəyik ki...

Baxış sayı:
4570

Suriyanın S-300-ləri İsrail hədəflərinə zərbələr endirərsə, onları məhv edəcəyik.
Muxalifet.az xəbər verir ki, bunu İsrailin Qüds İşləri üzrə naziri Zeyev Elkin deyib.
“Suriya ordusu əllərinə düşən hərbi texnikadan hər zaman doğru istifadə etməyi bacarmır. Yanlış istifadə nəticəsində mülki təyyarə vurula bilər. Bu regionda hava nəqliyyatı təhlükədə ola bilər”, - deyə nazir bildirib.
O vurğulayıb ki, S-300 radiusu bütün İsrail ərazisini əhatə edir:
“Suriyalılar İsrail ərazisində hərbi təyyarəsini vurmaq istəyində ola bilərlər. Hətta mülki təyyarə də ola bilər”.