​İsrail 43 raketlə BOMBALANDI – İlin hesabatı

Baxış sayı:
2844

Qəzza sektoru və Sinay yarımadasından İsrail ərazisinə 43 raket buraxılıb.
Muxalifət.az xəbər verir ki, bu barədə İsrail ordusunun Tvitter hesabında məlumat yayılıb.
Buna cavab olaraq ordu Qəzzada 59 obyekti, o cümlədən təlim düşərgələrini, atəş mövqelərini, silah anbarlarını və gözətçi məntəqələrini hədəf alıb.
Bundan əlavə, İsrail ordusu terrorizmin maliyyələşdirilməsi üçün ayrılan 2,87 milyon dolları, 455 müxtəlif çaplı silahı ələ keçirib, o cümlədən 42 gizli yeraltı silah anbarını aşkara çıxarıb.