​İspaniyaya pis xəbər: onlar da "Sarı jiletlilər"ə qoşuldu

Baxış sayı:
4891

Fransada davam edən "Sarı jiletlilər" üsyanından nümunə götürən Kataloniyanın separatçı hərəkatı dekabrın 21-də Barselonada aksiya keçirməyə hazırlaşır.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı İspaniya mətbuatı yayıb. Məlumata görə, sol təmayüllü “La Forja-Jovent Revolucionari” gənclər təşkilatı İspaniya Nazirlər Şurasının həmin gün Kataloniya paytaxtında keçirəcəyi səyyar iclası pozmaq niyyətindədir.
Təşkilatın bəyanatında qeyd olunur ki, aksiyanın məqsədi iclasın normal şəraitdə keçməsinə mane olmaqdır.
Təşkilatçılar tərəfindən Teleqramda etiraz aksiyasında iştirak etmək istəyən və Kataloniyada həyatı tamamilə iflic etmək niyyətində olan vətəndaş qruplarının kanalları yaradılıb.
Qeyd edək ki, Fransada “Sarı jiletlilər” hərəkatı geniş vüsət alıb, bu gün Belçikada da sözügedən hərəkat başlayıb.