İspaniyada məscidə hücum

Baxış sayı:
13927

İspaniyaya bağlı Ceuta şəhərindəki “Muley əl Mehdi” Məscidinə şəxsiyyəti bilinməyən adam və ya şəxslər tərəfindən atəş açılıb.
 
Ceutanın ən böyük məscidi olaraq bilinən “Muley əl Mehdi” Məscidinə silahlı hücum küçədən təşkil edilib.
Camaatın namaz qıldığı zaman bir və ya iki adamın çöldən ən az 4 dəfə məscidə atəş etdiyi, çaxnaşmaya səbəb olan hücumda, kimsənin yaralanmadığı bildirilib.
Ceuta polisinin hücumla bağlı istintaq başlatdığı açıqlanıb.
Qeyd edək ki, İspaniyaya bağlı olan Ceutanın əhalisinin 43 faizini Müsəlmanlar meydana gətirir.
Müxalifət.az