İspaniyada insanlar küçələrə axışdı - FOTO

Baxış sayı:
1249

İspaniya hökuməti qaçış və idmanla məşğul olmaq üçün sakinlərin evdən çıxmalarına icazə verib.
Muxalifet.az xəbər verir ki, bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. 
Məlumata görə, qadağanın götürülməsindən sonra insanlar kütləvi şəkildə küçələrə axışıblar. Qadağa 1,5 ay qüvvədə olub.
Qeyd edək ki, hazırda İspaniya koronavirusa yoluxma sayında (245 567) ikinci, ölüm sayında (25 100) dördüncü yerdədir.