İspaniyada etiraz aksiyaları başladı

Baxış sayı:
2746

İspaniyanın paytaxtı Madrid şəhərində çoxminlik etiraz aksiyası keçirilib.
Muxalifet.az xəbər verir ki, aksiyaçılar “bütöv İspaniya, tezliklə seçki” şüarı səsləndiriblər. Aksiya iştirakçıları Kataloniya seperatçıları ilə danışıqların dayandırılmasını və tezliklə parlament seçkilərinin keçirilməsini tələb ediblər.
Aksiyanın təşəbbüsçüsü kimi müxalif Xalq Partiyası, Vətəndaşlar Partiyası, ifrat sağçılar çıxış ediblər. Aksiya Kolumb meydanında keçirilib.