İspaniyada 25 264 nəfər koronavirusdan öldü

Baxış sayı:
1142

İspaniyada ötən sutka ərzində daha 164 nəfər koronavirusdan ölüb.

Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bununla da krallıqda pandemiya qurbanlarının sayı 25 264-ə çatıb. Bundan başqa, yoluxma hallarının sayı da 838 artaraq 217 466-ya yüksəlib.

Ölkədə müalicə alan 118 902 koronavirus daşıyıcısı sağalaraq evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb./Report