İspaniya Estoniyaya səhvən raket atdı

Baxış sayı:
6271

İspaniya ilə Estoniya arasında bir anlıq diqqətsizlikdən diplomatik böhrana çevriləcək bir hadisə baş verib.
 
İspaniya Hərbi Hava Qüvvələrinə məxsus bir təyyarə Estoniyanın cənubunda uçuş həyata keçirdiyi zaman səhvən "havadan havaya” raketini atəşləyib. Raket Estoniyanın üzərindən uçub.
 
ÖZ ÖZÜNÜ MƏHV EDİB
 
Estoniya müdafiə qüvvələrinin məsələyə dair açıqlamasında, raketinin uçuş orbiti, mümkün düşmə yeri və vəziyyəti haqqındakı informasiyaların dəqiqləşdirildiyi qeyd edilib.
Açıqlamada, "AIM-120 AMRAAM” raketinin özünü məhv etmə rejiminin aktiv halda olduğu, səhvən atılsa belə raket havada özünü məhv edə bilir. Ancaq yenə də mərminin quruya düşmüş olma ehtimalını da diqqətdən qaçırmaq lazım deyil. İspan qrupunun Otepaa şəhərinin yaxınlığında həyata keçirdiyi təlim uçuşu zamanı atəşlədiyi raketin uzunluğu 3.7 metr, eni 18 santimetrdir" deyə, bildirilib.
Müxalifət.az