İsmayıllıda 2 avtomobil toqquşub: 2 nəfər ölüb

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Bu gün saat 15:30 radələrində Şamaxı-Muğanlı-İsmayıllı avtomobil yolunun İsmayıllı şəhəri ərazisindən keçən hissəsində “Mercedes” və “VAZ 21015” markalı minik avtomobilləri toqquşub.
 Qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər ağır xəsarət alıb. Xəsarət alan şəxslər İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.