​İslandiyada qadınlara kişilərdən çox maaş verilməsi qadağan edildi

Baxış sayı:
2254

İslandiyada 1 yanvar tarixindən yeni qanun qüvvəyə minib.
Muxalifet.az xəbər verir ki, qanunla iş yerlərində kişilərə qadınlardan çox maaş verilməsi qadağan edilib.
İslandiyada maaş tarazlığını təmin etmək üçün yeni qanun layihəsi parlament tərəfindən təsdiqlənib. Parlamentdə millət vəkillərininin yarısı qadınlardan ibarət olduğu üçün yeni qanun ratifikasiya edilib.
Qanuna əsasən, həm dövlət, həm də özəl sektorda qadın və kişilərə verilən maaşlara yenidən baxılacaq. İş yerləri qadın və kişilərə eyni maaş ödədiklərinə aid sertifikat almaq məcburiyyətindədirlər. Sertifikat almayan iş yerləri isə cəzalandırılacaq.
Qanun 2022-ci ilə qədər İslandiyada maaş bərabərsizliyini tamamilə ləğv etmək hədəfini güdür.