İslam Mərkəzini partlatmaq istəyirdi, Müsəlman oldu

Baxış sayı:
4924

Keçmiş bir ABŞ əsgəri İslam mərkəzini partlatmaq üçün getdiyi mərkəzdə İslamla tanış olub və nəticədə müsəlman olub.
İslam Mərkəzini bombalamağa hazırlaşarkən müsəlman oldu.
 
Yeni Zelandiyada iki məscidə təşkil edilən terror hücumlarından sonra ağ irqçiliyi və İslamofobiya müzakirələri artarkən, ABŞ-lı keçmiş əsgər Riçard Makkenninin hekayəsi insanlara böyük təsir edib.
İndianadakı İslam Mərkəzinə partlatmaq üçün gedən bir əsgər yerli mətbuata eyni mərkəzin prezidentliyinə aparan yolu paylaşıb.
Yerli mətbuatdakı xəbərlərə görə, ABŞ Dəniz Piyadalarının nəzdində Orta Şərq, Somali, Filippin, Cənubi Amerika kimi bölgələrdə uzun illər xidmət etdiyini ifadə edən Makkeniy, ölkəsinə qayıtdıqdan sonra içinin "Müsəlmanlara qarşı nifrətlə" dolduğunu bildirib.
 
Əl qumbarası ilə İslam Mərkəzini partlatmaq istəyirdi
 
Keçmiş əsgər bir İslam Mərkəzində çox sayda müsəlmanı öldürmək ya da yaralamaq fikrinə düşdüyünü və öz əl istehsalı bombasıyla yaxınlardakı MUNCIE İslam Mərkəzinə hücum hazırladığını bildirib edib.
O dövrdə həbsxanaya girməyi belə gözə alan Makkeniy, bir gün kiçik qızının evə gəlib siniflərinə gələn yeni bir müsəlman uşağın geyindiyi paltarlarını anlatmasından sonra məhəllədəki İslam Mərkəzinə gedərək müsəlmanlarla tanış olduğunu ifadə edib.
 
İSLAMLA TANIŞ OLDU, MÜSƏLMAN OLDU
 
Getdiyi İslam mərkəzindəki Müsəlmanların ONA Quranı Kərimdən ayələr oxuduğunu və 8 həftədə İslamdan təsirləndiyini ifadə edən Makkeniy, "Məsciddə hər gün daha çox qalmağa başladım və hər şey çox məntiqli gəlməyə başladı. Şəhadət gətirib, müsəlman olmaq istədim və mən də Müsəlmən oldum" deyib.
Müsəlman olduqdan sonra bir çox insan üçün ilham qaynağı halına gəldiyini izah edən Richard Makkeniy, bu anda bir zamanlar partlatmaq istədiyi MUNCIE İslam Mərkəzinin başçısıdır.
Makkeniy İslam haqqında səhv düşüncələrini və hisslərini düzəltməklə müsəlman cəmiyyətini dəstəkləməyə davam edib: "İslam Mərkəzini və burada insanları qorumaq üçün nə lazımdırsa, edərəm" deyə söyləyib.
Müxalifət.az