İslam əleyhinə kitab yazdı, Müsəlman oldu

Baxış sayı:
10948

Hollandiyada bir ifrat sağcı Azadlıq Partiyasından millət vəkili olan Yehoram van Klaveren İslam əleyhinə kitap yazarkən Müsəlmanlığı seçib.
 
Hollandiya mətbuatında verilən xəbərlərə görə, keçmiş siyasətçi 39 yaşındaki Yehoram van Klaveren ötən oktyabr ayında şəhadət gətirərək Müsəlman olub.
Köhnə siyasərçinin Müsəlmanlığa qarşı kitabı yazdığı müddətdə etdiyi araşdırmalar zamanı İslamiyyətilə əlaqəli baxışı dəyişib.
İslamiyyəti seçen Klaveren Müsəlman olduqdan sonra qeyri müsəlmanların Islam əleyhinə düşüncələrini zərərsizləşdirən bir kitap dərc edib.
2010-2017-ci illərdə Hollandiya Parlamentində milət vəkili olan van Klaveren 2014-də məxsus olduğu partiyanın lideri Geert Wildersin Mərakeş kökənlilər üçün aşağılayıcı ırqçi sözlərindən sonra partiyadan ayrılaraq müstəqil millət vəkili olmuşdu. Wildersin ırqçı söyləmlərinə görə məhkəmə prosesi davam edir.
Qeyd edək ki, daha bir ifrat sağcı Birlik Partiyasının lideri Arnoud Van Doorn da 6 il əvvəl partiyadan ayrılaraq Müsəlmanlığı seçmişdi.
Müxalifət.az