İslam dünyasındakı qütbləşmənin fəsadları: Yəməndəki savaşın rəmzi olan 7 YAŞLI EMEL ACINDAN ÖLDÜ - FOTO

Baxış sayı:
2611

İslam dünyasının düçar olduğu fitnənin ağır nəticələri

Hurriyyet.org xəbər verir ki, Yəməndə cəmi 7 yaşı olan Emel adlı uşaq aclığa dözə bilməyərək həyatını itirib.

Daxili müharibənin əldən saldığı Yəməndə aclıq çəkdiyinə görə zəifləyərək xəstələnən və ötən həftə Amerikanın “Nyu-York Tayms” qəzetinin fotosunu yaydıqdan sonra sosial şəbəkələrdə barəsində yardım çağırışları edilən Emel Hüseynin bədəni müharibənin ağır yükünü daha çiynində daşıya bilməyib.

Emel böyük müharibənin kiçik itkisi yox, çılız maraqların böyük qurbanıdır.

Emelin ailəsi kiçik qızın dünən, ölkənin şimalındakı qaçqın düşərgəsində dünyadan köçdüyünü bildirib. “Nyu York Tayms”a müsahibə verən anası Məryəm deyib: “Qəlbim parçalandı. Emel daima gülümsərdi”. Məryəm ana Emeli itirdikdən sonra qalan övladları üçün də narahat olduğunu bildirib.

Qəzet keçən həftə Yəmənin şimalındakı bir xəstəxanada çox zəif şəkildə olan uşağın şəklini dərc elədikdən sonra, foto sosial şəbəkələrdə paylaşılmış və ona yardım çağırışları edilmişdi.

BMT-nin məlumatına görə, Yəməndə Səudiyə Ərəbistanının başçılıq elədiyi koalisiya qüvvələrinin dəstəklədiyi hökumət ilə İranın dəstəklədiyi iddia edilən Husilər arasında 4 il davam edən daxili müharibə nəticəsində ölkədə 400 MİN NƏFƏRƏ YAXIN UŞAQ ACLIQ TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏDİR. Həmçinin, insanlar susuzluqdan və epidemiyalardan əziyyət çəkir.