​ “İskəndər”lər oyuncaq kimi vurulacaq - Ermənistan parlamentində Azərbaycan ETİRAFI

“Biz strateji tərəfdaşımız olan Rusiya sayəsində Azərbaycanla hərbi balansı uduzduq”.
Bu barədə Rusiya-Ermənistan vahid qoşun qruplaşmasının yaradılması haqda razılaşmanın parlamentdə müzakirəsi zamanı “Yelk” fraksiyasının deputatı Nikol Paşinyan deyib.
Paşinyan bildirib ki, Rusiyanın Azərbaycana nə qədər silah satdığını onlar bilmir.
“Rusiya həmçinin, Türkiyəyə silah satır. Biz “İskəndər”lərə sevinirdik, amma Rusiya Türkiyəyə S-400 raket kompleksi satır və bu komplekslər “İskəndər”ləri oyuncaq kimi vuracaq. Serj Sarkisyan və onun hakimiyyəti təhlükəsizlin əsas komponentini uduzdu”, - deyə o bildirib(publika.az).