​İşıq dirəklərini oğurladılar

Sabirabad rayonunda işıq dirəklərini oğurlayan şəxslər tutulub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə rayonun Qalaqayın kəndində baş verib. 5 ədəd işıq dirəyini oğurlamaqda şübhəli bilinən Sabirabad rayonunun Qalaqayın kənd sakinləri saxlanılıb.
Sabirabad RPŞ əməkdaşları Rəhim Hüseynov və İlkin Zülfüqarovu şübhəli şəxs olaraq tutublar.