İşığın limiti ilə bağlı əhaliyə növbəti VACİB XƏBƏR - VİDEO

Baxış sayı:
12034

Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanunun layihəsinin I oxunuşda müzakirəsi zamanı çıxış edən deputat Əli Məsimli bəzi sahələrlə bağlı tənqidi fikirlərini söylədi.

“Struktur islahatları çərçivəsində publik hüquqi şəxslər yaradılsa da, publik hüquqi şəxslər vasitəsi ilə qat-qat çox vəsait xərclənir. Bu məsələ Hesablama Palatasının rəyində də əksini tapıb. Digər tərəfdən, yerlərdə icra hakimiyyətlərinin bəziləri nə özləri bir iş görür, nə də iş görənlərə imkan verirlər”.

Deputat Fazil Mustafa isə dedi ki, büdcənin gəlirləri artsa da, büdcə gəlirlərinin 28 milyard dollar olduğu 2014-cü illə müqayisədə azdır: “Azərbaycanda orta əmək haqqı Estoniyadan, hətta Ermənistandan azdır. Azərbaycanda hər 1000 nəfərə 130, Ermənistanda 154 pensiyaçı düşür. Əmək pensiyalarının məbləği Rusiyadan 2 dəfə azdır”.

F. Mustafa qaz limitinin artırılmasını təqdir edərək dövlət başçısına təşəkkür etdi. Amma əhalinin digər gözləntisinə də hökumətin diqqətini çəkməyə çalışdı: “Elektrik enerjisi ilə bağlı əhali üçün limit aradan qaldırılmalıdır. Azərbaycanda turizm sektorunda da geriləmə var, 13 faiz azalma qeydə alınıb. Gürcüstan Azərbaycanla müqayisədə turizmdən 600 milyon dollar çox gəlir götürüb”.

Deputat Fazil Mustafa ile ilgili görsel sonucu

Deputat Azərbaycanda rus dili təhsilinə 100 milyon manat civarında vəsait ayrıldığını xatırladaraq bunu normal saymadı: “Niyə biz xarici ölkənin dilinin öyrənilməsi üçün büdcədən vəsait ayırmalıyıq? Mən xarici dillərin öyrənilməsinin tərəfdarıyam. Amma biz bunu niyə büdcə vəsaitləri hesabına təmin etməliyik? İngilis və digər xarici dillərlə bağlı olduğu kimi, rus dili ilə bağlı da özəl təhsil müəssisələri bu işi görə bilər”.

Elmira Axundova ile ilgili görsel sonucu

Deputat Elmira Axundova da qaz və işıqla bağlı əhalinin narahatlığından bəhs etdi və elektrik enerjisinə tətbiq olunan limitin artırılmasını zəruri saydı: “Əhali çox çətin vəziyyətdədir. 500, 600, 700 manat məbləğində borclar yaranır”. Deputat F.Mustafanın kitablar üzərində ƏDV-nin götürülməsi barədə təklifini də dəstəklədi.

E.Axundova bildirdi ki, Masallıda 35-ə yaxın təmirə ehtiyacı olan, yararsız məktəb var: “Bu məsələ hökuməti düşündürməlidir”. Deputat yeni istifadəyə verilmiş məktəblərin texniki şərtə görə istismara qəbul olunmadığını da vurğuladı.