​İŞİD yenidən canlanır? - Rusiyadan xəbərdarlıq

Baxış sayı:
12976

İŞİD Suriya torpaqlarında Fəratın şərqində yenidən canlana bilər.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Baş Qərargahı Rəhbərliyinin Baş Hərəkat dairəsinin sədr müavini Stanislav Qacıməhəmmədov çıxış edib.
"Fəratın şərqi təcrid edilmiş region olmaqda davam edir. Bu da orada xalq arasında Suriya və İraqın ərazi bütövlüyünə təhdid yaradan separatçı düşüncələrin artması və İŞİD-in yenidən canlanması üçün şərait yaradır", - Qacıməhəmmədov qeyd edib.