​İŞİD-in “paytaxt”ında SSRİ bayrağı - 73 il sonra eyni FOTO

Baxış sayı:
3841

Suriyada kürd qruplaşmaları ilə birgə döyüşən Beynəlxalq Azadlıq İttifaqı (İFB) təşkilatının üzvləri İŞİD terror təşkilatının keçmiş “paytaxt”ı Rəqqada 1945-ci ilə Reyxstaq üzərində SSRİ bayrağının qaldırılması kadrını yenidən canlandırıblar.
Muxalifət.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə danışan təşkilat üzvü deyib ki, onlar 1945-ci ildəki Qələbə ilə İŞİD üzərindəki qələbəni eyni dərəcədə əhəmiyyətli sayırlar: “Biz hesab edirik ki, Rəqqanın azad edilməsi İŞİD faşizminin süqutu deməkdir”.
IFB üzvü bildirib ki, onlar terrorçularla döyüşmək üçün bir neçə il qabaq Suriyaya gəliblər. Burada onlar döyüş vərdişləri ilə yanaşı, həm də ideoloji diskussiyalar aparıblar.
Qeyd edək ki, 2017-ci ili sonlarında Rəqqada aşkar olunan kütləvi məzarlıqdan İŞİD-in qətlə yetirdiyi 115 nəfərin cəsədi tapılmışdı.