İŞİD Kərkükə hücum etdi! Ölülər var

Baxış sayı:
7330

Terror təşkilatı İŞİD Kərkükdə Federal Polis Təşkilatına hücum edib. Altı polis məmuru öldürülüb.
 
Kərkük Əməliyyat komandiri general-leytenant Saad Harbiyə etdiyi açıqlamada, İŞİD-ın təhlükəsizlik güclərinə təşkil etdiyi hücumda 6 polisin həyatını itirdiyini söyləyib.
İlk hücumda, Kərkükün cənubundakı Riyad şəhərinin Alevi kəndi yaxınlığında bir polis patrulunu pusquya salaraq 4 polisi öldürdüklərini söyləyib.
Saad Harbiyə Kərkükün Reşad mahalının Telsuş kəndi yaxınlığında ikinci dəfə polis patruluna hücüm edərək iki polisi öldürdüklərini bildirib.
Harbiyə hücumların baş verdiyi bölgədə geniş həcmli bir əməliyyat başlatdığını söyləyib.
Şəhər mərkəzlərində və digər yaşayış məntəqələrinə İŞİD-ın hücum təhdidi minimuma endirilmiş olsa da, təşkilat zaman zaman kənd yerlərində terror hərəkətlərinə davam edir.
 Müxalifət.az