​İŞİD-in komandanlığının qərargahı MƏHV EDİLDİ

Baxış sayı:
5884

İraqın hərbi hava güclərinə məxsus F-16 qırıcıları Suriyada İŞİD terror qruplaşmasının komandanlığının qərargahını məhv edib.
Muxalifət.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda “Al Sumaria” telekanalı bildirib.
Aviazərbələr nəticəsində, həmçinin qruplaşmanın lojistik dəstək mərkəzi məhv edilib.
Daha əvvəl İraq kəşfiyyatındakı anonim mənbəyə istinadən “Al Sharq Al Awsat” qəzetinin yazdığına görə, İŞİD terror qruplaşmasının başçısı Əbubəkr Əl-Bağdadinin oğlu ilə birlikdə Suriyanın şərqində İraq sərhədinin yaxınlığında gizləndiyini xəbər verib.
 “Əbubəkr Əl-Bağdadi indiyə kimi nəzarətində saxladığı Suriyanın İraqla sərhəd rayonundadır”, - mənbə deyib.
O, həmçinin qeyd edib ki, qruplaşmanın başçısı dörd-beş nəfərlə, o cümlədən oğlu və kürəkəni tərəfindən əhatə olunub.
ABŞ İŞİD liderinin tutulması və ya məhvinə kömək edəcək informasiya üçün 25 milyon dollar mükafat vəd edib.