İŞİD kimyəvi silah əldə etdi: RUSİYA YAYIMLADI

Baxış sayı:
3139

Rusiya Müdafiə Nazirliyi, İŞİD terror təşkilatının Qərb ölkələrinin təxribatları və məsuliyyətsizliyi nəticəsində kimyəvi silah əldə etdiyini iddia edib.
 
Nazirlik açıqlamasında İŞİD-ın əldə etdiyi kimyəvi silahları Əl Nusra terror təşkilatı ilə bir münaqişədə istifadə etdiyini qeyd edib.
Edilən açıqlamada, münaqişələrdə bəzi “Ağ dəbilqəlilər” mülki müdafiə təşkilatı əməkdaşlarının da öldürüldüyü bildirilib.
Nazirlik baş verən hadisənin Qərb ölkələrinin məsuliyyətsizliyi nəticəsində meydana gəldiyini irəli sürərək, bu cür məsuliyyətsiz hərəkətlərin nəticəsi olaraq zəhərli maddələr, əməllərini təxmin etməyin mümkünsüz olduğu İŞİD terrorçularının əlinə keçdiyini bildirib. Nazirlik açıqlamaya əlavə olaraq kimyəvi silahların çənlərinin görüntülərinin olduğunu iddia etdiyi bir fotonu da yayımlayıb.


Müxalifət.az