İŞİD indi o ölkədə peyda oldu: Rusiya açıqladı

Baxış sayı:
17029

Rusiya Federal Təhlükəsizlik Xidmətinin başçısı Alexandr Bortnikov Əfqanıstanın şimal sərhədi yaxınlarında 5 min İŞİD döyüşçüsünün toplandığını açıqlayıb.
 
Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin (FSB) başçısı Alexandr Bortnikov Əfqanıstanın şimal sərhədləri yaxınlarında köhnə Sovetlər İttifaqı sərhədinə Suriyada İŞİD sıralarında döyüşmüş 5 min terrorçunun yerləşdiyini açıqlayıb. Bortnikov terrorçu qrupların xüsusilə Əfqanıstanın şimal sərhədlərində yenidən yerləşməsinin narahatlıq doğurduğunu ifadə edib.
Tacikistanın paytaxtı Düşənbədə köhnə Sovet kəşfiyyat xidməti rəhbərlərini xəbərdar edən Bortnikov, İŞİD-la əlaqəli Xorasan vilayətinin bölgədə 5 min terrorçu yığdığını söyləyib.
Müxalifət.az