İŞİD Əfqanıstanda 1120 insanı öldürdü

Baxış sayı:
5209

İŞİD-ə məxsus “Əl-Naba” qəzeti son 6 ayda qruplaşmanın Əfqanıstanın paytaxtı Kabildə 17 terror aktı törətdiyini yazıb.
Muxalifet.az xəbər verir ki, bu hücumlarda 1120-yə yaxın insanın öldüyü və yaralandığı bildirilib.
Öldürülənlər arasında dinc şiələrin və 25 əcnəbinin olduğu deyilib.
Diqqətçəkən məqamlardan biri də hücumların hədəfinin şiə həzəralar olmasıdır.
Belə ki, sözügedən silahlı hücumlarda bu məzhəbə mənsub 539 insan öldürülüb.