İŞİD-dən MESSİ VƏ RONALDO TƏHDİDİ!

Baxış sayı:
6970

Rusiyada keçiriləcək Dünya Kubokuna davamlı təhdid mesajları göndərən terror təşkilatı İŞİD, indi də iki ulduz futbolçu Messi və Ronaldonu hədəf alıb. Bu İki futbolçunun qan ağlayan və hücum edilən fotoşəkilləri yayımlanıb.
 
2018 Futbol üzrə Dünya Kubokuna bir aydan az bir müddət qalmış qorxuducu bir təhdid meydana çıxıb. Terror təşkilatı İŞİD, yayımladığı bəyanat və fotoşəkillərlə Dünya Kubokunu bir daha hədəf aldığını bildirib. Ancaq bu dəfə iki böyük futbol ulduzu üzərindən bu təhdid olunub.
“Daily Mirror”da yer alan xəbərdə, Cristiano Ronaldo ilə Lionel Messinin futbol müydançasında başlarının kəsilərkən görüntülənən bir fotoşəkilin İŞİD tərəfindən yayımlandığını ortaya çıxarıb.

Bu vaxta qədər bir neçə dəfə turnirə müxtəlif təhdid mesajları göndərən terror təşkilatı, bu dəfə “Teleqram” vasitəsilə yeni video, afişa və fotolar yayımlayıb.
Paylaşmada Messinin qan ağlayan fotoları da yer alıb. Burada əsas hədəfin Rusiya olduğu, Suriyada baş verən hadisələr səbəbindən Rusiya prezidenti Vladimir Putinin xəbərdarlıq edildiyi ifadə edilib.
Müxalifət.az