İŞİD çadralı qadının edam olunmasına etiraz etdi (FOTO)

“Əl Qaidə” növbəti dəfə həyata keçirdiyi qanlı edamla gündəmə gəlib

“Əl Qaidə” terror qruplaşmasının Suriya təşkilatı növbəti dəfə kameralar qarşısında həyata keçirdiyi qanlı edamla gündəmə gəlib.

Lakin bu edam sosial şəbəkələrdə İŞİD terrorçuları tərəfindən etirazla qarşılanıb.

Etiraza səbəb, edam olunan qadının çadralı olmasıdır.

İŞİD tərəfdarları sosial şəbəkədə, “Hicablı qadını necə öldürürsünüz? Bu hansı şəriətdir?” sualları ilə etirazlarını bildiriblər.

Qeyd edək ki, ötən gün də ölkəsində mülki əhaliyə 4 ildir divan tutan Suriya prezidenti BəşərƏsəd müsahibəsində, Parisdə mülki insanların öldürülməsini qəbul etmədiyini demişdi.