İşğal üçün getdi, Müsəlman oldu

Baxış sayı:
7144

Sovetlər İttifaqının işğalı müddətində orduya qatılaraq Əfqanıstana gələn Rus hərbçisi əsir düşdüyü Əfqan mücahidlərin mərhəmətindən təsirlənərək müsəlman olub və adını dəyişdirərək Şeyx Abdullah olub.
 
Rus hərbçisi Xakimov Əfqanıstandakı həyatından danışaraq hazırda ölkənin qərbində bir muzeyin gözətçiliyini etdiyini deyib.
Sovetlər İttifaqının 1979-cu ildə başlayan işğal prosesində başına gələnləri izah edən Abdullah, atasının Rus, anasının Ukraynalı olduğunu, Əfqanıstan işğalı müddətində Sovet ordusuna öz istəyiylə qatıldığını söyləyib. Işğal zamanı hər iki tərəfin da əsir aldıqlarının çoxunu öldürdüyünü deyən Abdullah, özünün sağ qaldığı üçün şanslı olduğunu bildirib.
Abdullah, "İşğal əsnasında Herat vilayətində bir qarşıdurmada yaralı olaraq Əfqan mücahidlərin əlinə əsir düşdüm. O zaman 25 yaşındaydım. Əfqanların mənə mərhəmətli davranması mənə çox təsir etdi. Beləcə müsəlman oldum və Əfqanıstanda qalmağı seçdim" deyə söyləyib.
Xakimov olan soyadını da Müsəlman olduqdan sonra Şeyx Abdullah olaraq dəyişdiyini deyib.
Rus rəhbərliyi onu aparmaq istəsə də, Əfqanıstanda qalmağı seçən Abdullah, ölkənin qərbində işğalı təcəssüm etdirən bir muzeyin gözətçiliyini etdiyini bildirib.
Müxalifət.az