​İrəvanın İran narahatlığı… – Erməni alimdən etiraf

Baxış sayı:
7120

ABŞ-ın İrana qarşı sanksiyaları Ermənistan iqtisadiyyatını çökdürəcək.
Muxalifet.az xəbər verir ki, bunu erməni alim Karen Veranyan deyib.
Veranyan İrana qarşı artan beynəlxalq təzyiqlərin Ermənistanın daxili təhlükəsizliyinə mənfi təsir edəcəyini də bildirib:
“Bunlar bölgədə və Ermənistanda sabitliyi poza biləcək addımlardır. Bu sanksiyaların xüsusilə də, Ermənistan iqtisadiyyatına təsiri qaçılmaz olacaq. Ticarət dövriyyəsi kəskin şəkildə aşağı düşə bilər. Sanksiyalar İranın Ermənistandakı investisiyalarını təhlükə qarşısında qoyacaq. Ciddi maliyyə problemləri ilə üz-üzə qalacaq İran şirkətləri Ermənistandakı sərmayələrini də geri çəkə bilərlər”.
Erməni alim ABŞ Prezidenti Donald Trampın sanksiya tətbiq edilən ölkələrin İranla əməkdaşlığına dair səsləndirdiyi fikirlərə də toxunub:
“Əgər Nikol Paşinyanın başçılıq etdiyi hökumət ABŞ-ın xəbərdarlıqlarına baxmayaraq, İranla əməkdaşlığı davam etdirsə, Ermənistanı hədəfə gətirəcək. Çünki təkcə İran yox, İranla əməkdaşlıq edən dövlətlər də ABŞ-ın hədəfindədir”.