​İrəvanda polis 30 etirazçını saxladı

Baxış sayı:
4966

İrəvanda sabiq prezident Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsinə qarşı çıxan aksiya iştirakçıları ilə polis arasında qarşıdurma zamanı 30 etirazçı saxlanılıb.
Muxalifet.az xəbər verir ki, bunu müxalif "Vətəndaş müqaviləsi" partiyasının lideri, deputat Nikol Paşinyan deyib.
O, saxlanılan şəxslərin qohumlarını və dostlarını polis idarəsinə deyil, küçələrə çıxmağa səsləyib.
Polis etirazçıların saxlanması barədə məlumatı təsdiqləyib.