İrəvanda parlamentin qarşısında ETİRAZ AKSİYASI KECİRİLDİ

Ermənistan parlamentinin önündə "Nairit" zavodunun keçmiş işçiləri etiraz aksiyası keçirib. 
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, etirazçılar deputatlardan "Nairit" zavodunun yenidən açılmasını tələb ediblər. 
Aksiya iştirakçıları daha sonra prezident iqamətgahına doğru hərəkət ediblər. Yürüş başa çatandan sonra etirazçılar Tsarukyan və "Yelk" ittifaqından olan müxalif deputatlarla görüşəcəklər.