İRƏVANDA MÜXALİFƏT LİDERİ SAXLANILDI - Aksiyaçılarla polis arasında toqquşmalar başladı
22-04-2018 13:28
Baxış sayı:
2728
Bu gün İrəvanda müxalifət lideri Nikol Paşinyan saxlanılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
İrəvanda aksiyaçılarla polis arasında da toqquşmalar başlayıb.
Qeyd edək ki, bu gün Ermənistan baş naziri Serj Sərkisyan və N. Paşinyan arasında görüş keçirilib. S. Sərkisyanın istefası tələbi ilə keçirilən görüş nəticəsiz başa çatıb.