İrəvanda atışma olub: 48 YAŞLI ŞƏXS GÜLLƏLƏNİB

İrəvannın cənubunda atışma olub.
Bu barədə News.am xəbər verib.
Agentliyin xəbərinə görə, hadisə 8-ci küçədə, Noraqavit rayonunda baş verib. Belə ki, 48 yaşlı kişini qovaraq ona atəş açıblar. Nəticədə o, güllə yarası alıb.
Yaralı xəstəxanaya çatdırılıb və əməliyyat edilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Qeyd edək ki, bu son günlər Ermənistan ərazisində baş verən növbəti silahlı insidentdir(report).