İrəvana bunu etməyə imkan verməyəcəyik - PREZİDENT

Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyi dəyişməzdir. Ərazi bütövlüyümüz danışıqlar predmeti deyil. 
Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. 
“Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Ermənistan danışıqları pozmağa çalışsa da, buna nail ola bilmədi”, - prezident bildirib.