İrəvan polisi aksiyaçıları hədələyib – “XÜSUSİ VASİTƏLƏRDƏN İSTİFADƏ OLUNACAQ”

Baxış sayı:
4720

İrəvan polisi paytaxtda keçirilən etiraz aksiyasının iştirakçılarına kütləvi tədbirə son qoymağı tələb edib.
Bu barədə "İnterfax" məlumat yayıb.
Məlumata görə, polis etirazçılara qarşı xüsusi vasitələrdən istifadə ediləcəyini bildirib. Hüquq-mühafizə orqanlarından xəbər verilib ki, Ermənistan polisi kütləvi tədbirə son qoymaq barədə qərar qəbul edib və aksiyanın təşkilatçılarından buna əməl etməyi tələb edib. Polis habelə təşkilatçılara iştirakçıları yubanmadan bu barədə məlumatlandırmağı tələb edib.
Asayiş keşikçiləri əlavə ediblər ki, qanunvericiliyə uyğun olaraq, aksiyanın təşkilatçılarının olmadığı halda və ya polisin tələblərini yerinə yetirmədiyi halda onlar kütləvi tədbiri dağıtmaq hüququna malikdirlər.
Qeyd edək ki, etirazçılar Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir vəzifəsində namizədliyinin irəli sürülməsinə qarşı kütləvi aksiyalar keçirirlər. Aksiyalar zamanı baş vermiş toqquşmalar nəticəsində 46 nəfər xəsarət alıb.