​İrəvan boşana bilər, çünki gəzəyən qadındır - Arşakyan

Baxış sayı:
2879

Ermənistanda kriminal oliqarxiya mövqelərini möhkəmləndirib. Hakimiyyət irsən ötürülməyə başlanıb. Oliqarxlar elə hesab edirlər ki, artıq hər şey həll olunub. Amma qərarlar Ermənistandan xaricdə verilir.
Muxalifet.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Azat Arşakyan söyləyib.
“Ermənistanda hakimiyyətin mənbəyi xalq deyil. Hakimiyyətdəkilər qorxu içindədirlər. Onlar üçün Rusiyadakı mart seçkisi və Rusiyaya qarşı sanksiyalar vacibdir. Ermənistan imperiya üçün qidalandırıcı vasitə, təsir zonası, hərbi bazadır. Ölkədə iqtisadi tənəzzül dayanmır. Qonşumuz Türkiyədə iqtisadi artım 11,5% təşkil edib, Ermənistanda isə cüzi artımı uğur sayırlar. Ermənistanda oliqarxiya imperiyaya xidmət edir, əks təqdirdə onları çoxdan hakimiyyətdən uzaqlaşdırardılar. Onlar peşəkar şəkildə Ermənistanı uğursuz dövlətə çevirirlər. 100 il əvvəl Rusiya ordusuna Qafqaz cəbhəsini tərk etmək əmri verildi. Rus ordusu erməni əhalisinin təhlükəsizliyini düşünmədən getdi və boşluq yaratdı. Bu boşluğu türk ordusu doldurdu. Bu dəfə belə şey olmayacaq. Rusiya gərək Ermənistanı itirsin, müstəqilliyini tanısın. Boşanmaq üçün isə səbəb artıq var. Bizi “gəzəyən qadın” adlandırıblar”, - o bildirib.