İraqdan ABŞ-a mesaj: Qəbul etmirik!

Baxış sayı:
7579

İraqın baş naziri Adil Abdulmehdi İraq ərazisində xarici hərbi bazaları qəbul etmədiklərini bildirib.
 
İraqın baş nazirinin mətbuat xidmətindən edilən yazılı açıqlamaya görə, Abdulmehdi Bağdadda ABŞ-ın müdafiə vəkili Patrik Şanahan ilə görüşüb.
İraq və ABŞ-ın əlaqələri ilə terrorla mübarizə mövzusunun müzakirə olunduğu görüşdə, Abdulmehdi ABŞ-lı səlahiyyətliyə ölkəsində heç bir xarici ölkənin hərbi bazasının olmasını istəmədiklərini söyləyib.
"İraqın qərarı müstəqildir və heç bir tərəfin nüfizundan təsirlənməz" deyən Abdulmehdi, ərəb və bölgənin digər ölkələri ilə əlaqələrigenişləndirməyə davam etdiklərini söyləyib.
ABŞ-ın müdafiə vəkili Şanahan İraqla əlaqələrini gücləndirmək istədiklərini və iki ölkə arasındakı əlaqələrin təbiəti və gələcəyi haqqında məlumat almaq üçün Bağdada gəldiklərini söyləyib.
Şanahan deyib ki, Amerika qoşunları İŞİD ilə mübarizə aparmaq və İraq qüvvələrinin təlimi vəzifələrini yerinə yetirirlər.
Müxalifət.az