İraqdan ABŞ açıqlaması: BÖLGƏDƏN ÇƏKİLİN

Baxış sayı:
5320

İraqda 12 mayda keçirilən parlament seçkilərindən birinci çıxan “Sairin” Koalisiyasının millət vəkili Abid Əl Sadə, ABŞ qoşunlarının İraqdan çıxarılması məsələsində qərarlı olduqlarını deyib.
 
İraqda olan bütün xarici qüvvələrə qarşı olduqlarını bildirən Abid Əl Sadə, "İraqın terrorçulara qarşı özünü müdafiə edə biləcək gücə sahib olduğunu" deyib.
Əl Sadə, açıqlamasında İraqın sabiq baş naziri Heydər İbadinin Amerikalı əsgərlərin İraqlı əsgərlərə təlim verdikləri üçün İraqda qaldığı yönündəki sözlərinə işarə edərək, "Ancaq ABŞ-lı əsgərlərin də hansısa məsləhət və təlim verdiklərini görmürük" deyə söyləyib.
Qeyd edək ki, İraqda ABŞ hərbçilərinin varlığı daha əvvəl də gündəmi gəlmiş, bir çox siyasi təbəqə tərəfindən ABŞ qüvvələrinin ölkəni tərk etmələri lazım olduğuna dair açıqlamalar verilmişdi.
Müxalifət.az