İraqda Türkmən partiyaları BİRLƏŞİR

Baxış sayı:
1842

İraq Türkmənləri, may ayında keçiriləcək parlament və yerli seçkilərə İraq Türkmənləri Cəbhəsinin çətiri altında vahid güc birliyi kimi iştirak etmək qərarı alıb.
 
İraq Türkmən Cəbhəsinin (ITC) sədri Ərşad Salehi, Anadolu Agentliyinə verdiyi açıqlamada, "Koalisiyada ITC, Milliyyətçi Türkmən Hərəkatı Partiyası, Türkməneli Partiyası, Türkmən Qərar Partiyası, İslami Türkmən Vəfa Hərəkatı Partiyası və İraq Türkmən İslami Partiyası iştirak edəcək". deyib.
Sözügedən partiyalarla bərabər, “Bədr” təşkilatına bağlı Türkmən namizədlər ilə bəzi müstəqil namizədlərin də koalisiyada yer alacağını qeyd edən Salehi, Türkmənlərin haqq və hüququnu almaq üçün güclü bir koalisiya ilə seçkilərə qatılmaq istədiklərini bildirib.
Qeyd edək ki, İraq Nazirlər Kabineti, parlament və yerli seçkilərin bu ilin may ayının 12-də keçirilməsinə qərar vermişdi.
Müxalifət.az