İraqda Türkiyə MİT-in iki əməkdaşı oğurlandı

Şimali İraq Kürd Muxtariyyətinin ərazisində Türkiyə xüsusi xidmətinin iki əməkdaşı qaçırılıb.
 
Türkiyə Milli İstihbarat Təşkilatının iki əməkdaşının hansı şəkildə qaçırılması bəlli deyil. Bir neçə gün öncə bu haqda xəbər yayılsa da, rəsmi təsdiqini tapmamışdı.
Ancaq Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Nyu Yorkda “Al-Monitor”a verdiyi müsahibə zamanı ölkənin xüsusi xidmətinin iki əməkdaşının qaçırıldığını təsdiq edib:
“PKK yerli rəhbərlikləri, dinc sakinləri, həkimləri, polisləri, hər kəsi qaçırır. Bu, terror təşkilatıdır. Türkiyənin müvafiq strukturları qaçırılan bütün vətəndaşlarımızı almaq üçün işləyir. Ancaq Türkiyə bu mövzuda PKK ilə hər hansı əlaqələr qurmur”.