İraqda prezidenti seçə bilmədilər

Baxış sayı:
1966

İraqda prezidenti Kürdlər arasında müəyyən edən tərəf 2005-dən bu günə qədər Kürdüstan Yurdsevərlər Birliyi (KYB) oldu, ancaq partiyalar bu dəfə vahid namizəd razılaşmadı.
 
Belə ki, Kürdüstan Demokrat Partiyası (KDP), prezident müzakirələrinin yalnız KYB ilə deyil, onlarla da aparılmasını istədi. Ortaq namizəd üzərində razılıq əldə olunmayınca iki partiya ayrılıqda hərə öz namizədini çıxardı.
İraq Kürd Regional Rəhbərliyinin keçmiş baş naziri Berhem Saleh KYB tərəfindən namizəd göstərilərkən, Məsud Bərzani rəhbərliyindəki KDP isə Fuad Hüseyni prezidentliyə namizədi olaraq müəyyənləşdirdi.
Qeyd edək ki, İraqdakı siyasi qruplar arasında 2003-də varılan qeyri-rəsmi anlaşmaya görə, prezident Kürdlərdən, baş nazir Şiələrdən, parlament sədri isə Sünnilərdən seçilir.
 Müxalifət.az