İraqda kürdlərin referendumu rədd edildi

İraq parlamenti İraq Kürd Muxtariyyətində sentyabrın 25-də keçirilməsi planlaşdırılan müstəqillik referendumunu rədd edib.
 
Bununla bağlı İraq parlamentində səsvermə keçirilib.
Referendum səs çoxluğu ilə rədd olunub.
Qərardan sonra 328 yerlik parlamentdə 168 nəfər kürd deputat zalı tərk edib.