İraqda Kürd prezidentin seçilməsi qanla bitdi

Baxış sayı:
6139

Kürdüstan Yurdsevərlər Birliyinin (KYB) namizədi Berhem Salehin dünən gecə İraq prezidenti seçilməsi, məmləkəti Süleymaniyyədə keçirilən şənliklərdə küçə magandalarının açdığı atəş nəticəsində 2 nəfər həyatını itirib, 4 nəfər də yaralanıb.
 
İraqın keçmiş prezidenti Cəlal Tələbaninin partiyası KYB-nin namizədi Berhem Saleh, İraq parlamentində keçirilən səsvermənin 2-ci turunda ən güclü rəqibi olan Məsud Bərzani rəhbərliyindəki Kürdüstan Demokrat Partiyası (KDP) namizədini açıq bir fərqlə geridə qoyaraq prezidenti seçilib.
Berhem Salehin məmləkəti Süleymaniyyədə şənlik mərasimləri keçirilib, atəşfəşanlıq edilərək havaya atəş açıblar.
Süleymaniyyənin Dövlət Xəstəxanası, küçə magandalarının açdığı atəş nəticəsində 2 nəfərin həlak olduğunu və 4 nəfərin də yaralandığını bildirib.
Müxalifət.az