İraqda kritik görüş: ABŞ-ın “MÜSTƏMLƏKƏ VALİSİ” BƏRZANİ İLƏ GÖRÜŞDÜ

Baxış sayı:
3994

 İraq Kürd Regional Rəhbərliyinin keçmiş sədri Məsud Bərzani, ABŞ prezidentinin İŞİD İlə Mübarizə Üzrə Xüsusi Nümayəndəsi Brett Makgurk ilə ABŞ-ın Bağdaddakı səfiri Duqlas Silliman və Ərbil baş konsulu Stiven Fagini bir araya gəlib.
 
Məsud Bərzani, Brett Makgurk-un başçılıq etdiyi nümayəndə heyəti ilə İraqda qurulacaq yeni hökuməti və regiondakı prosesləri qiymətləndirib.
Bərzaninin rəsmi internet saytından edilən açıqlamada, görüşdə İraq və Kürdüstan bölgəsindəki proseslərin müzakirə olunduğu bildirilib.
Açıqlamada, Brett Makgurkın Kürdüstan Parlament seçkilərində əldə etdiyi uğurdan ötrü Kürdüstan Demokrat Partiyasını (KDP) təbrik etdiyi və KDP-nin Kürdüstan Bölgəsi ilə İraqdakı roluna toxunduğu qeyd olunub.
Müxalifət.az