İraq Suriyada gizli əməliyyat keçirdi! İŞİD lideri Bağdadı son anda qaçdı

Baxış sayı:
7234

 İraqın Daxili İşlər Nazirliyi Suriyanın iç hissəsində terror təşkilatı İŞİD-a qarşı gizli əməliyyat keçirdiyini və təşkilat lideri Əbubəkr Bağdadinin əməliyyat əsnasında qaçdığını bəyan edib.
 
İraq Daxili İşlər Nazirliyinin Kəşfiyyat İdarəsinin baş direktoru Əbu Əli əs-Sabri ölkənin rəsmi qəzeti “Es-Sabah”-a verdiyi müsahibədə, kəşfiyyata bağlı “Şahin” birliyinin, ordu və Haşdi Şabinin dəstəyi ilə Suriyanın iç hissəsində terror təşkilatı İŞİD-a qarşı gizli bir əməliyyat həyata keçirdiyini bildirib.
Əməliyyatda, İŞİD-in yeni özəklər yaradaraq təşkilatlanması və mütəşəkkil olmasının qarşısı alınıb, bəzi terror üzvlərinin də öldürüldüyünü bildirən “Sabah” qəzeti, "Əbubəkr Bağdadi və onunla birlikdə olan terrorçular gizli əməliyyat başladığı zaman rayondan qaçdı" deyə yazıb.
 “Sabah”, əməliyyatın Suriyanın hansı bölgəsində aparıldığına dair məlumat verməyib, təfərrüatların daha sonra açıqlanacağını deyib.
Müxalifət.az