İraq səfirindən “TƏCİLİ” TÜRKİYƏ AÇIQLAMASI

 İraqın Ankaradakı səfiri Hişam Əli Əkbər İbrahim əl Alovu Türkiyə ilə bağlı önəmli bəyanatlar verdi.
 
Müxalifət.az  Türkiyə mediasına istinadən bildirir ki, İraqın Türkiyədəki səfiri Türkiyə ilə bağlı son dəqiqə açıqlaması ilə çox önəmli çıxış edib.
Səfir Hişam Əli Əkbər İbrahim əl Alovu, "Baş nazir Binalı Yıldırım qısa müddət ərzində Bağdadı ziyarət edə bilər. Hər cür əməliyyat üçün öncə Başika məsələsinin həll edilməsi lazımdır" deyib.
 Hər cür birgə hərbi əməliyyat üçün əvvəl Başika məsələsinin həll edilməsi lazım olduğunu söyləyən İbrahim əl Alovu, "Sərhəd qapısının nəzarəti üçün lazım olsa, güc istifadə edəcəyik. Türkiyə ilə keçirdiyimiz ərbi təlim də buna bir hazırlıqdır"-deyə fikir bildirib.
Səfir Bağdad ilə Türkiyə arasında neft mübadiləsi ilə bağlı məsələyə də toxunub: "Neft və qaz müqaviləsi məsələsində iki ölkə energetika nazirlikləri iki səhifəlik yeni bir anlaşma memorandumu üzərində çalışır. İki ölkə üçün “qazan-qazan” prinsipi üzərində anlaşmağa ümid edirik".
Sonra səfir neft pullarının bankda saxlanmasına da münasibət bildirib: "Xalq Bank”da saxlanılan neft -qaz pulları məsələsində İldırımın səfəri zamanı bir çarə tapmağı planlaşdırırıq. Yeni sərhəd qapısının İraqın Fişabur şəhəri üzərindən açılması üçün iş aparılır. Fişabur neft boru kəmərinin yanında olduğu üçün buranın təhlükəsizliyinin də daha rahat təmin olunacaq".
Müxalifət.az