İraq seçkilərində TÜRKMƏNLƏRİN SƏSİ OĞURLANDI: SEÇKİ LƏĞV EDİLSİN!

Baxış sayı:
5635

raqda keçirilən seçkilərdə saxtakarlıq edildiyi və Türkmənlərin səslərinin oğurlandığı iddia edilərkən, İraq baş naziri seçkilərin təkrar olunmasını tələb edib
 
İraqda şənbə günü keçirilən ümumi seçkilərdə zəif iştirak və şimal bölgələrində saxtakarlıq iddiaları ortadaykən, seçkidə Kərkük və Süleymaniyyədə bəzi Kürd partiyaları tərəfindən saxtakarlıq edildiyi irəli sürülüb. İddialardan sonra İraq prezidentinin müavini İyad Allavi, ümumi seçkilərin ləğv edilməsini istəyib. Saxtakarlıq iddiaları ilk əvvəl İraq Kürd Regional Rəhbərliyində (IKBY) ana müxalifət partiyası Dəyişiklik Hərəkatı (Qoran) tərəfindən irəli sürülüb. Dəyişiklik Hərəkatından deputat Kava Məhəmməd, Müstəqil Seçki Üzrə Ali Komissarlığına aid elektron qurğulara virus yoluxdurulduğunu iddia edərək, səslərin əllə sayılmasını istəyib. Dəyişiklik Hərəkatının, bu iddianı ortaya atmasından sonra şənbə axşamı partiya mərkəzinə ağır silahlarla hücum təşkil olunub. İraq Türkmən Cəbhəsi (ITC) də Türkmənlərin sıx olaraq yaşadıqları Kərkük mərkəzi Dakuk və Altunköprüdə türkmənlərin səslərinin oğurlanaraq Kürdüstan Vətənpərvərlər İttifaqı Partiyasına (KYB) yazıldığını irəli sürüb.
 
SƏSLƏRİMİZ OĞURLANMASIN
 
 İTC\ sədri Erşad Salehi," Müəmmalı seçkilərdən sonra ortaya çıxan gərginliyin şəhəri xaosa aparmasından narahatıq" deyərkən, Kərkük valisi Rakan Səid isə Kərkük şəhərində seçkilərə hiylə qarışdığını bildirərək, səsvermə qutularının Bağdaddakı İraq Seçki Komissarlığı mərkəzində açılmasına çağırıb. Bütün bu proseslərdən sonra, Allavi rəhbərliyindəki Vataniyyə Koalisiyası tərəfindən keçirilən yazılı açıqlamada, baş verən zorakılıq hadisələri və saxtakarlıq iddiaları səbəbindən seçkilərin ləğv edilib, yenidən təşkil olunması, hökumətin yeni seçki keçirilənə qədər vəzifəsini davam etdirməsi tələb edilib.
 
KƏRKÜKDƏ 9 NƏFƏR ÖLÜB
 
Seçkilər Kərkükü qana bulayıb. Gündüz saatlarında Kərkükün cənubunda mina partlaması nəticəsində 6 təhlükəsizlik işçisi həyatını itirib. Eyni bölgədə axşam saatlarında partlayış baş verib. Partlayışda 3 adamın daha öldüyü bildirilib. Saxtakarlıq iddialarında olan Dəyişiklik Partiyasına da hücum təşkil olunub. İraq Seçki Komissarlığı, seçkidə iştirakın 44,5 faiz olduğunu bildirib.
Müxalifət.az