İraq seçkilərində Sadr sürprizi! İRAN TƏRƏFDARLARI HÖKÜMƏTDƏN KƏNARDA QALACAQ

Baxış sayı:
3358

İraqdakı seçkidə sürpriz oldu. Şiələrin dəstəklədiyi Əmiri və hazırkı baş nazir İbadinin yerinə, Sadrinin koalisiyası birinci oldu. Sadr, İrana yaxın keçmiş baş nazir Maliki və Haşdi Şabiyi hökumətə yaxın buraxmayacağını bildirib.
 
İraqdakı parlament seçkiləri proqnozları boşa çıxardı. Seçki komissiyası hələlik rəsmi nəticələri açıqlamasa da, koalisiyaların yarışdığı seçkinin birincisi dini lider Mukteda əs Sadrın rəhbərlik etdiyi Sairin ittifaqı oldu.
Xəbərə görə, 329 yerlik parlamentdə Sairin koalisiyası 54 mandat əldə edib. Səslərin 50 faizinin sayılmasından sonra açıqlanan bu nəticə sürpriz kimi dəyərləndirilib.
 
İRAN TƏRƏFDARLARI HÖKÜMƏTDƏN KƏNARDA QALACAQ
 
Şiə lider Sadr, İrana yaxın keçmiş baş nazir Nuri əl-Maliki və Haşdi Şabiyi hökumət qurmaq işlərində kənarda qalacaqları mesajını verib. Sadr, sosial media hesabından verdiyi açıqlamada, Hikmət Axını, Vataniyye, Yeni Nəsil Hərəkatı (Kürd müxalif), Qoran (Kürd), Sünni lider Usame en-Nuceyfinin Qərar Koalisiyası, baş nazir Heydər el-İbadinin Nasir Koalisiyası və Kürdüstan Demokrat Partiyasından (KDP) ibarət olacaq texnokrat adların yer alacağı namizədlərlə hökumət qurmaq üçün fəaliyyət başlayacaqlarını bildirib.
Şiə lider Sadrin, İrana yaxın Maliki və Haşdi Şabi koalisiyasını hökumətə yaxın buraxmaması isə diqqətlərdən yayınmayıb. Ancaq Sadrin seçkidən birinci çıxması hökuməti quracağı və baş nazir olacağı anlamına gəlmir. Onun seçkidə şəxsən iştirak etməməsi hökumətdə məsuliyyət götürməsini əngəlləyir. 2010-cu ildəki seçkidə İyad Allavinin koalisiyası, səslərin çoxunu qazansa da, hökuməti qura bilməmişdi.
 
KOMMUNİST REAKSİYASI
 
Qeyd edək ki, İranın da İraq rəhbərliyinə Sadrin keçməsini əngəlləmək istəyəcəyi təxmin edilir. İran dini lideri Xameneyinin müşaviri Əli Əkbər Vilayəti, "İraqı kommunistlərin, liberalların idarə etməsinə icazə verməyəcəyik" demişdi.
 
İRAN TƏRƏFDARLARI İKİNCİ OLDU
 
İranın İŞİD-la müharibə prosesində qurub, İraqən təhlükəsizlik qurumlarına inteqrasiya etdiyi 150 min Şiə milisi təmsil edən Hadi el-Amarinin Fəth ittifaqının seçkidə 47 mandatla ikinci olduğu deyilir. Baş nazir Heydər İbadinin koalisiyası isə 42 mandat ilə üçüncü olub.
Seçicilərin yalnız 44 faizinin seçkidə iştirakı legitimlik məsələsini gündəmə gətirib və ciddi tənqidlərə yol açıb. Bu isə təxminən 20 koalisiya ssenarisini gündəmə gətirir. 90 gün ərzində hökumətin qurulub qurulmayacağı isə maraq doğurur.
Müxalifət.az