İraq rəbərliyi ABŞ-a qəti fikrini birdirdi

Ölkənin ərazi bütövlüyünün, ictimai asayişin və sabitliyin pozulacağı təqdirdə bütün hüquqi tədbirləri görəcəyik.
 
Bu sözləri İraqın Baş naziri Heydər Abadi ABŞ Dövlət katibi Reks Tillersonla sentyabrın 25-də keçirilməsi nəzərdə tutulan Kürdüstanın müstəqillik referendumunu müzakirə edərkən söyləyib.
Tillerson ABŞ-ın referenduma qarşı olduğunu və Bağdad hökumətinin İraqın ərazi bütövlüyünü mühafizə etmək üçün atdığı bütün addımları dəstəklədiyini bildirib.