​İRAQ QIRICILARI HƏRƏKƏTƏ KEÇDİ! - KƏRKÜKDƏ...

Baxış sayı:
3013

Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, İraq ordusu tərəfindən Kərkükdə keçirilən hava hücumu zamanı 3 nəfər İŞİD terrorçusunun öldürüldüyü bildirilir.
Məlumatı Kərkük Polis İdarəsinin mətbuat katibi Afrasyav “Anadolu Agentliyi”nin müxbirinə verib. Kərkükdən 40 km cənubda gizlənən İŞİD terrorçularına qarşı əməliyyat keçirilib. Afrasyav deyib: “Qaçqınların hələ geri qayıtmadığı bəzi kəndləri terror təşkilatı qalıqlarının sığınacağına çevrilib”. Terror təşkilatı üzvlərinin arasında yaralıların da olduğunu, lakin sayları haqqında dəqiq məlumat olmadığını bildirən Afrasyav, hava hücumundan dərhal sonra bölgəyə çox sayda hərbi qüvvənin sövq edildiyini, terror təmizliyinin davam elədiyini qeyd edib.